10 C
Baku
Thursday, December 12, 2024

Aİ ölkələrinin limanları Rusiya gəmiləri üçün bağlanıb

Avropa İttifaqına (Aİ) üzv bütün ölkələrin limanları Rusiya gəmiləri üçün bağlanıb.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Aİ-nin rusiyalılar üçün qadağa direktivi qüvvəyə minib. Bu direktiv Rusiya bayrağı altına qeydiyyatdan keçmiş bütün gəmilərə, o cümlədən fevralın 24-dən sonra qeydiyyatı dəyişmiş gəmilərə şamil edilir”, – o bildirib.

Bu qərar yalnız SOS (Mayday) siqnalı vermiş gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərar fərdi olaraq qəbul ediləcək.

“Bu istisnaların necə tətbiq ediləcəyini və Rusiya gəmilərinin məhdudiyyətləri pozmaq üçün onlardan istifadə edib-etməyəcəyini izləyəcəyik”, – A.Yermak söyləyib.

Xatırladaq ki, daha əvvəl Bolqarıstan, Rumıniya, İtaliya və Estoniya öz limanlarını Rusiya gəmilərinin üzünə bağlamışdı.

Son xəbərlər
Digər xəbərlər