5 C
Baku
Saturday, December 14, 2024

Aİ ölkələrinin Ukraynaya etdikləri yardımın həcmi açıqlanıb

“NATO və Avropa İttifaqı demokratiya və azadlıqla bağlı ortaq dəyərləri və xalqlarımız üçün sülh, rifah kimi ortaq hədəfləri bölüşür”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel NATO Baş katibi və Avropa Komissyasının Prezidenti ilə birgə mətbuat konfransında deyib.

“Rusiyanın Ukraynaya qarşı başlatdığı bu müharibənin iki nəticəsi oldu: bu müharibə bizi daha da gücləndirdi və daha da yaxınlaşdırdı. NATO özünün şərq qanadında varlığını daha da möhkəmləndirdi və tezliklə NATO-nun daha yeni iki üzvü olacaq. Putin daha az NATO görmək istəyirdi lakin o, bunun tam əksini əldə etdi, daha çox NATO və Aİ ilə üzləşdi. Eyni zamanda Aİ-nin böyüməsi sürtləndi, biz bu gün Qərbi Balkanlarda inteqrasiyanı sürətləndirmişik. Biz tarixi addım ataraq Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd ölkə statusu vermişik”.

Şarl Mişel Aİ-yə üzv ölkələrin Ukrayanaya dəstək baxımından həmrəylik göstərdiyini vurğulayıb. “Aİ-nin Sülh Mexanizmi çərçivəsində ilk dəfə olaraq Ukrayanay hərbi dəstək vermişik ki bunu miqdarı 3 milyard avro civarındadır”.

Aİ Şurasının Prezidenti qeyd edib ki, üzv ölkələr Ukraynaya hərbi, diplomatik, siyasi dəstək verib və bu davam edir. “Aİ-yə üzv ölkələr Ukrayanaya indiyə qədər 50 milyard avro yardım edib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər