6 C
Baku
Sunday, December 15, 2024

Aİ öz ölkələri üçün hərbi investisiyalar üçün büdcə normalarını yüngülləşdirəcək

Avropa İttifaqı (Aİ) silah və sursat istehsalına böyük sərmayələr yatıracaqları təqdirdə, büdcə kəsirini ÜDM-in 3%-nə endirmək üçün ölkələrinə yeddi ilə qədər möhlət vermək istəyir.

Bu barədə mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu üstünlüklər Avropa Komissiyasının (AK) Aİ-nin əsas iqtisadi sənədi – Sabitlik və Artım Paktı ilə bağlı islahatlara dair təkliflər paketinin bir hissəsi olacaq. Paket ittifaq ölkələrinin büdcə kəsirinin ÜDM-in 3%-dən, dövlət borcunun isə ÜDM-in 60%-dən çox olmamasını nəzərdə tutur.

Pandemiya zamanı AK bu qaydalara olan tələbləri rəsmi olaraq dayandırmışdı. Tələblər indi əksər Aİ ölkələri tərəfindən pozulur ki, bu da, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə birlikdə 2022-ci ildə ittifaqda mütləq rekord inflyasiyaya səbəb olub.

Hərbi xərclər, o cümlədən sursat və mərmilər yaşıl enerjinin inkişafı ilə yanaşı, Avropa İttifaqının iqtisadi artımı üçün prioritet sahələrdən birinə dəstək kimi qiymətləndiriləcək. Bu sahələrə sərmayə qoyuluşu ölkələrə makroiqtisadi göstəricilərini İnkişaf Sabitliyi Paktı ilə uyğunlaşdırmaq üçün yeddi ilə qədər güzəşt müddəti verəcək.

Son xəbərlər
Digər xəbərlər