7 C
Baku
Thursday, December 12, 2024

Aİ Rusiya neftinə embarqo üzrə razılığa gələ bilməyib

Avropa İttifaqının (Aİ) icra hakimiyyəti Moskvaya qarşı ən sərt sanksiyalar paketini təklif edib, lakin Rusiya neftinin idxalının dayandırılmasının nəticələrindən narahat olan bir neçə ölkə razılaşmanın qarşısını alıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, mayın 5-i danışıqları davam etdirmək planlaşdırılır.

Qeyd edək ki, Aİ yeni sanksiyalar paketinə Avropa gəmilərinə və şirkətlərinə Rusiya neftinin daşınması, eləcə də sığorta sahəsində xidmət göstərməsinə qadağanın daxil edilməsini təklif edib.

“Bloomberg” agentliyinin vurğuladığı kimi, planlaşdırılan qadağa birbaşa və ya dolayı texniki dəstək, vasitəçilik və ya maliyyə yardımı, o cümlədən Rusiyada hasil edilən və ya Rusiyadan ixrac edilən xam neft və neft məhsullarının gəmidən gəmiyə daşınması da daxil olmaqla hər hansı digər nəqliyyat xidmətlərinə təsir göstərəcək.

Aİ paketin bu hissəsinin iyunun əvvəlində qüvvəyə minməsini istəyir. Bununla belə, üzv dövlətlər hələ də detalları müzakirə edir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin həm xam, həm də emal olunmuş Rusiya neftinin idxalını qadağan etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Aİ üzvləri 2022-ci ilin sonuna qədər Rusiyadan neft və neft məhsullarının tədarükündən imtina etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər