“Financial Times” (FT) mənbələrə istinadən yazır ki, Avropa Komissiyası yaxın günlərdə Rusiya və Belarusdan taxıla bir ton üçün 95 avro məbləğində rüsum tətbiq edəcək. Analoji rüsum yağlı bitkilər və onların emal məhsulları üçün də müəyyən ediləcək.
Tədbirin ölkəyə idxalına və Rusiya və Belarusdan Aİ-yə tranzitinə qadağa qoyulmasını müdafiə edən fermerlərin narazılığı fonunda tətbiq edilməsi təklif edilir. Qəzetin həmsöhbətləri deyirlər ki, rüsumun tətbiqi taxılın qiymətinin 50% artmasına və ona tələbatın azalmasına səbəb olacaq.
“FT” qeyd edir ki, 2023-cü ildə Rusiyadan Avropa İttifaqına taxıl idxalı rekord 4 milyon tona çatıb ki, bu da Aİ-nin ümumi istehlakının təxminən 1%-ni təşkil edir. 2024-cü ilin fevralında Latviya Rusiya və Belarusdan ölkəyə kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub. Litva Seymi mart ayında Avropa Komissiyasını Rusiya və Belarus taxılının idxalını qadağan etməyə çağıran qətnamə qəbul edib. Polşanın hakimiyyət orqanları da AK-ya oxşar tələblə müraciət edib.
Martın əvvəlində Polşanın Baş naziri Donald Tusk bildirmişdi ki, Varşava Avropa İttifaqına Ukraynanın hərbi əməliyyatların başlamasından sonra aldığı bütün ticarət güzəştlərini ləğv etməyi təklif edir. Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib ki, Kiyev fermerlərin narahatlığını azaltmaq üçün Aİ-yə ərzaq ixracını məhdudlaşdırmağa hazırdır.