1 C
Baku
Saturday, December 14, 2024

Aİ Rusiyadan təbii qaz idxalının dayandırılması planı üzərində işləyir

“Avropa İttifaqı Rusiyadan təbii qaz idxalının tam dayandırılması planı üzərində işləyir. Bu plana görə sözügedən enerji resursunun sənaye üçün tədarükü normaya salınmalı, lakin ev təsərrüfatları üçün məhdudlaşdırılmamalıdır”.

Banker.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.

Onun sözlərin görə, Aİ mümkün qədər çox qaz ehtiyatı toplamağa çalışır və 2022-ci ildə Rusiyadan tədarükün böyük hissəsini əvəz etmək iqtidarındadır: “Bununla belə, Rusiya qazından tam imtina etmək üçün daha çox işlər görmək lazımdır”.

K.Simson Rusiyanın Bolqarıstan, Polşa və Finlandiyaya qaz nəqlini dayandırması barədə danışarkən bildirib: “Elə bir vəziyyətlə üzləşmişik ki, hər bir Aİ ölkəsinə qaz nəqli dayandırıla bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər