16 C
Baku
Wednesday, May 8, 2024

Aİ rusiyalı iş adamına qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqının Ədliyyə Məhkəməsi “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulginin sanksiya siyahısına daxil edilməsi barədə qərarın ləğvi barədə qərar çıxarıb, lakin o, apellyasiya müddətinə qədər sanksiyada qalacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Sənədə əsasən, sahibkarın siyahıdan çıxarılmasının arqumentləri kimi müdafiə tərəfi digər məsələlərlə yanaşı, səmərəli hüquqi müdafiənin təmin edilməsi imkanından məhrum edilməsini və stansiya siyahısına daxil edilməsinin yanlış motivlərini göstərib. Həmçinin iş adamının vəkilləri proporsionallıq prinsipinin pozulması və iş adamının fundamental hüquqlarının pozulması ilə bağlı məhkəməyə məlumat veriblər.

Aİ Şurası 2022-ci il aprelin 8-də Şulginə qarşı şəxsi sanksiyalar tətbiq edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər