27 C
Baku
Saturday, July 27, 2024

Aİ rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim etdi

Avropa İttifaqı (Aİ) rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib

Bu barədə “RİA Novosti”yə xəbər verib.

Yeni siyahıda biznesmen Roman Abramoviç, “Pervıy kanal”ın direktoru Konstantin Ernst, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, teleaparıcı Artem Şeynin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin var.

Aİ, həmçinin qiyməti 50 min avrodan yuxarı olan lüks avtomobillərin və 5 min avrodan yuxarı motosikletlərin idxalına qadağa qoyub. Həmçinin Rusiyaya hər birinin dəyəri 300 avrodan çox olan ətir, spirt, məişət texnikası, geyim və digər malların idxalı qadağandır.

Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudiyyətlər Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Kurçaloyevski rayonu üzrə departamentini əhatə edib. Maqnitski aktı əsasında dörd rusiyalı siyahıya daxil edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər