20 C
Baku
Sunday, May 5, 2024

Aİ rusiyalı oliqarxların 12.5 milyardlıq aktivlərini dondurub

Avropa İttifaqının sanksiyaları səbəbindən rusiyalı oliqarxların və Avropada onlarla əlaqəli şirkətlərin 12,5 milyard avro dəyərində aktivləri dondurulub.

Bu barədə məlumatı Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand “WELT”ə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, sözügedən bu aktivlərə dəbdəbəli yaxta, helikopter, rəsm, daşınmaz əmlak və digər mülklər daxildir.

O bildirib ki, Avropa İttifaqı qeyd olunan bu məbləğin yarısını aprel aydında dondurub.

Xatırladaq ki, Aİ Rusiyanın Ukraynaya hücumu fonunda çox sayda rusiyalı oliqarxa qarşı sanksiya tətbiq edib.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər