Avropa İttifaqı (Aİ) səfirləri çərşənbə günü qapalı danışıqlarda Rusiyaya qarşı 11-ci sanksiyalar paketi layihəsi üzrə razılığa gələ bilməyiblər. Bu barədə cümə axşamı diplomatik mənbələrə istinadən “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Avropa Komissiyası çərşənbə günü Aİ səfirlərinin iclasında Rusiyaya qarşı sanksiyalarla bağlı təkliflərin yeni variantını təqdim edib, lakin razılığa gələ bilməyib. Aİ səfirləri bu təkliflərin müzakirəsinə iyunun 14-də qayıdacaqlar”.