1 C
Baku
Saturday, December 14, 2024

Aİ Şurasına sədrlik Macarıstana keçib

Bu gündən Avropa İttifaqı Şurasına sədrlik Belçikadan Macarıstana keçib.

Macarıstanın baş naziri Viktor Orban bu barədə açıqlama verib.

O həmçinin ölkəsinin sözü gedən postdakı prioritetlərini açıqlayıb. Bildirib ki, bununla bağlı 7 maddədən ibarət proqram qəbul olunub.

“Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır” – V. Orban belə deyib.

Ölkənin Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka isə vurğulayıb ki, diqqət yetiriləcək daha bir məsələ ittifaq ölkələrinin təhlükəsizliyi, müdafiə sənayesi potensialının güclənməsi, bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də iqtisadiyyatın yeni çağırışlara uyğunlaşdırılmasından ibarətdir.

Y. Boka həmçinin Avrozona rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasını da vacib saydıqlarını deyib. Nazirin qənaətincə, bu sahədə mütərəqqi qanun qəbul edilməlidir.

Qeyd edək ki, onun bu ideyasına Avropa Komissiyasında şübhə ilə yanaşılır. Bildirilir ki, bu addım ABŞ ilə ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər