21 C
Baku
Monday, July 22, 2024

Aİ Ukrayna üçün sursat istehsalı üçün Yunanıstana 80 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya göndəriləcək döyüş sursatlarının istehsalı üçün Yunanıstanın “Hellenic Defense Systems” (EAS) müdafiə şirkətinə 80 milyon avroya qədər vəsait ayıracaq.B

Bu barədə cümə axşamı “Pronews” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Aİ bu vəsaiti Avropa müdafiə sənayesinin gücləndirilməsi üçün atılan addımlar kontekstində Ukraynaya tədarük üçün döyüş sursatı ehtiyacının artmasına əsaslanaraq ümumi dəyəri 1 milyard avro olan Avropa fondlarından EAS-a ayıracaq. Yunanıstanın Müdafiə Nazirliyindəki mənbələrin portala bildirdiyinə görə, şirkət tərəfindən sursat istehsalı üzrə konkret proqramın işə salınması barədə qərar Avropanın daxili bazar üzrə komissarı Tyerri Bretonun aprelin 28-də Afinaya səfərindən sonra qəbul edilib.

Qeyd olunur ki, sazişin həyata keçirilməsi EAS-ın və Afina yaxınlığındakı Lavriodakı sursat zavodunun maddi vəziyyətini xeyli yaxşılaşdırmasına imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər