Aİ ukraynalı qaçqınları qəbul edən ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yardım göstərilməsi üçün üzv ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiq edib.

Bu barədə Aİ-nin rəsmi məlumatında deyilir.

“Aİ səfirləri üzv ölkələrin REACT-EU (Recovery Assistance for Cohesion and the Territories of Europe, Avropada Birliyin və Ərazilərin Bərpasına Yardım) çərçivəsində maliyyəyə çıxış imkanı verən təklifi təsdiqləyiblər. Bu il, ümumilikdə, 3,5 milyard avro ödəniləcək”, – sənəddə deyilir.

Sənəddə ilkin maliyyənin 45%-ni alacaq ölkələr sadalanıb: Ukrayna ilə həmsərhəd olan Macarıstan, Polşa, Rumıniya və Slovakiya, həmçinin əhalisinin 1%-dən çox qaçqın qəbul etmiş ölkələr – Avstriya, Bolqarıstan, Çex Respublikası, Estoniya və Litva.

Son xəbərlər
Digər xəbərlər