7 C
Baku
Thursday, December 12, 2024

Aİ Ukraynaya dəstək fonduna 2 milyard avro ayırdı

Avropa İttifaqı Şurası Sülh Fondunun büdcəsini 2 milyard artırmaq qərarına gəlib.

Bu barədə Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

“Bugünkü qərarla Avropa Sülh Fondunun büdcəsi 7,9 milyard avrodan çox olacaq. Bu fondun  maliyyə dayanıqlığının təmin edilməsi təkcə Ukraynanın deyil, həm də Avropanın, Afrikanın və Yaxın Şərqin digər bölgələrindəki tərəfdaşların dəstəklənməsi üçün çox vacibdir”, – Borrel qeyd edib.

Avropa Sülh Fondu 2021-ci ilin martında Aİ-nin ittifaqa daxil olmayan ölkələrlə qarşılıqlı əlaqədə olması üçün yaradılıb. Bu fond Ukraynaya dəstəyi, o cümlədən hərbi yardımı maliyyələşdirir.

Son xəbərlər
Digər xəbərlər