17 C
Baku
Saturday, May 18, 2024

Aİ və ABŞ-da Ukraynaya dəstək səviyyəsi aşağı düşüb

“The Economist” jurnalının və “YouGov”dan olan sosioloqların sorğusunun nəticələrinə görə, ABŞ və Avropa sakinləri arasında Ukraynaya dəstək səviyyəsi aşağı düşüb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

2022-ci ilin fevralında Böyük Britaniyada respondentlərin 45%-i Ukraynaya tankların göndərilməsinin tərəfdarı olub, dekabrda isə onların payı 35% təşkil edib. Oxşar azalmalar Fransa, Almaniya, İtaliya və İspaniyada da baş verib. İnfoqrafiyadan məlum olduğu kimi, Almaniyada daha sərt sanksiyalara dəstək səviyyəsi 40%-dən 30%-ə, Fransada isə 25%-dən 20%-ə düşüb.

ABŞ-ın Demokratik və Respublikaçı partiyalarında Ukraynaya maliyyə yardımının göndərilməsinə dəstək səviyyəsi 2022-ci ilin aprelində 82% və 67%-dən dekabrda 75%-ə və 39%-ə enib. Sorğunun göstərdiyi kimi, ABŞ-da ərzaq və dərman təminatına dəstək yüksək səviyyədə qalır (demokratların 86%-i və respublikaçıların 78%-i).

Son xəbərlər
 ⁠
Digər xəbərlər