27 C
Baku
Bazar, May 29, 2022

AİB Azərbaycanla tenderlər barədə müzakirələr aparıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda satınalmalarla bağlı islahatlar – məsləhətləşmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə AİB-in rolunu qeyd edib. Bildirilib ki, ötən il Azərbaycanda satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95% təşkil edib və kotirovka sorğusu proseduru tam elektronlaşdırılıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər