3 C
Baku
Saturday, December 14, 2024

AİB Azərbaycanda əmək qabiliyyətli əhalinin sayının 2,6% artacağını proqnozlaşdırır

2050-ci il üçün Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 2,6% artacağı proqnozlaşdırır.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology” adlı hesabatına deyilir.

Hesabata əsasən, Azərbaycanda 2050-ci ilə qədər işçi qüvvənin orta yaşı ən azı 40 olacaq.

Bölgədəki digər ölkələrə gəlincə, Ermənistanda əmək qabiliyyətli əhalinin sayı 12,1%, Gürcüstanda isə 17,4% azalacağı gözlənilir.

Bütün bölgəni nəzərə alsaq, Əfqanıstanda əmək qabiliyyətli əhalinin sayı 2050-ci ilədək 2 dəfədən çox artacaq ki, bu da Asiya üzrə ən yüksək proqnozlaşdırılan artımdır. Koreya Respublikası isə bi göstəriciyə görə ən aşağı proqnoza malikdir – 33,7%-lik azalma.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər