-1 C
Baku
Sunday, December 15, 2024

AİB Azərbaycanda 1.2 mlrd. dollarlıq layihələrin birgə maliyyələşdirilməsinə kömək edib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda birgə maliyyələşdirmə əməliyyatlarına 2002-ci ildən başlayıb. Həmin vaxtdan investorlar AİB-in layihələri üzrə Azərbaycana 1,2 mlrd. ABŞ dollarına yaxın vəsait ayırmağa öhdəliyinə götürüb.

Sözügedən layihələrin altısı özəl sektorda olub və onların birgə maliyyələşdirmə həcmi 1,1 mlrd. dollar təşkil edib. Qalan iki investisiya layihəsi və altı texniki yardım proqramı üzrə isə ölkəyə müvafiq olaraq 177,5 mln. dollar və 3,72 mln. dollar ayrılıb.

Qeyd edək ki, birgə maliyyələşdirmə əməliyyatları AİB-in maliyyə partnyorlarına, hökumətlər və onların orqanlarına, çoxtərəfli maliyyə institutlarına və kommersiya təşkilatlarına AİB layihələrinin maliyyələşdirilməsində iştirak etməyə imkan yaradır. Əlavə vəsaitlər rəsmi kreditlər və qrantlar, digər güzəştli maliyyələşdirmə, B kreditlər kimi kommersiya maliyyələşdirməsi, riskin ötürülməsi işləri, paralel kreditlər və səhmlər, zəmanətli birgə maliyyələşdirmə şəklində təmin edilib.

Xatırladaq ki, AİB 1999-cu ildən bəri Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,988 mlrd. ABŞ dollar həcmində vəsait ayırmağı öhdəliyinə götürüb. özügedən məbləğin 4,91 mlrd. dolları kredit, 35,4 mln. dolları isə texniki yardım şəklində olub. İndiyədək ayrılan vəsaitlərin 72,7%-i və ya 3,61 mlrd. dolları ölkə tərəfindən artıq mənimsənib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər