Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın daxil olduğu Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə (CCA) üzrə iqtisadi artım proqnozunu artırıb.
Bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı hesabatında bildirilib.
Bank 2023-cü il üzrə CCA-in iqtisadi artım proqnozunu Qazağıstandakı sürətli iqtisadi artım fonunda 4.3%-dən (iyul proqnozu) 4.8%-ə, 2024-cü ildə isə 4.4%-dən 4.6%-ə qədər yüksəldib.
ADB həmçinin, regionun inflyasiya proqnozunu iyul hesabatı ilə müqayisədə 2023-cü il üzrə 10.6%-dən 10.9%-ə, 2024-cü il üzrə isə 7.8%-dən 8.4%-dək artırıb.
ADB həmçinin, bu ilin doqquz ayı üzrə Azərbaycanda iqtisadi artımın 0.8%-ə qədər azaldığını qeyd edib. Bunun isə neft hasilatının azalması və xidmət sektorunda azalma ilə əlaqələndirib.