10 C
Baku
Thursday, December 12, 2024

AİB Azərbaycanın yerləşdiyi regionun iqtisadi artım proqnozunu yeniləyib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yerləşdiyi Qafqaz və Mərkəzi Asiya (CCA) regionu üçün 2023-ci il üzrə iqtisadi artım proqnozunu yeniləyib.

Bu barədə AİB-in hesabatında bildirilib. Bank 2023-cü il üzrə real ümumdaxili məhsulun artımını 4.2% müəyyən edib. Ötən il üzrə bu rəqəm 4.8% təşkil etmişdi.

Asiya İnkişaf Bankı region üzrə inflyasiya proqnozunu 2023-cü ildə dəyişməz olaraq 8.5% proqnozlaşdırıb. AİB 2022-ci ilin sonuna isə Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiyanı 12.5% müəyyən etmişdi.

“Çətin qlobal mənzərənin Qafqaz və Mərkəzi Asiyadan başqa Asiyanın bütün subregionlarında iqtisadi artımı yavaşlatacağı gözlənilir” – deyə AİB-in şərhində qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər