6 C
Baku
Sunday, December 15, 2024

AİB: Bu il dövlət büdcəsinin kəsiri bir qədər genişlənəcək

Asiya İnkişaf Bankının (AİB) gözləntilərinə görə, bu il Azərbaycanda fiskal siyasət ekspansionar olaraq qalacaq.

Bu səbəbdən 2022-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM-in 3,1%-dək genişlənəcək, lakin 2023-cü ildə daha az ekspansionar siyasətin tətbiq olunacağı fonunda, kəsirin ÜDM-in 1,5%-nə qədər daralacağı gözlənilir. Bu zaman, nominal ÜDM-in artımı bir daha büdcə gəlirlərinin artım tempini üstələyəcəyinə görə, gəlirlərin nominal ifadədə azacıq yüksələcəyi, lakin 2022-ci ildə ÜDM-in 28,1%-ə, 2023-cü ildə isə 27,6%-ə enəcəyi proqnozlaşdırılır.

Dövlət qurumları ilin əvvəlinə xarici kreditlər üzrə borcun 1,8 mlrd. dollarını geri qaytarıb
Rusiyada dolların məzənnəsi tarixi maksimumunu yeniləyib
Azərbaycanın neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi artıb
Hesabatda

Son xəbərlər
Digər xəbərlər