15 C
Baku
Saturday, April 27, 2024

AİB Gürcüstana 250 mln. avro məbləğində kredit ayıracaq

Gürcüstan hökuməti və Avropa İnvestisiya Bankı (AİB) arasında avtomagistralların tikintisi və yenidən qurulması ilə bağlı maliyyə sazişi imzalanıb.

 Sənədə əsasən, AİB Gürcüstana 250 mln. avro məbləğində kredit ayıracaq.

Sazişi Gürcüstan tərəfindən maliyyə naziri İvane Maçavariani, AİB tərəfindən isə bankın vitse-prezidenti Vazil Hudak imzalayıblar.

Kredit vəsaiti Rustavi şəhərindən Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” və Ermənistanla sərhəddəki “Sadaxlı” sərhəd-keçid məntəqələrinə qədər olan avtomagistralların və digər yolların təmir və yenidən qurulmasına xərclənəcək.

İmzalanma mərasimində çıxış edən Gürcüstanın Baş nazir Mamuka Baxtadze AİB-in ayırdığı krediti ölkədə əhəmiyyətli infrastruktur layihələrin inkişaf etdirilməsi baxımından vacib maliyyə dəstəyi adlandırıb: “Biz, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa önəm veririk. Məhz bu bank Gürcüstanın ən vacib tərəfdaşlarından biridir və bizi çox yaxşı münasibətlər birləşdirir”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər