19 C
Baku
Thursday, April 25, 2024

AİB hökumətin islahatlarına 800 min dollarlıq yardım ayırmağı planlaşdırır

Asiya İnkişaf Bankı hökumətin islahatlarının möhkəmləndirilməsinə 800 min dollar məbləğində texniki yardım ayırmağı planlaşdırır. Bu barədə bankdan məlumat verilib.

“AİB bu texniki yardım vasitəsilə Azərbaycan hökumətinə büdcə planlaşdırılması, dövlət müəssisələrinin təkrar strukturlaşdırılması və özəl sektorun iştirakının təşviqi, həmçinin maliyyəyə çıxışı genişləndirmək və kiçik və orta müəssisələr üçün biznes mühitin yaxşılaşdırılması üzrə çevik strateji siyasi tövsiyyələr verə bilər”, – bankdan qeyd ediblər.

Texniki yardım Azərbaycanda inklüziv iqtisadi artıma, idarəçiliyin inkişafı və onun potensialının yaxşılaşdırılmasına, həmçinin ölkənin özəl sektorunun inkişafına yönəlib.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,2 mlrd. kredit ayırıb. Azərbaycan üçün biznes plana əsasən, Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə ölkəyə $295 mln. məbləğində kredit ayırmağı nəzərdə tutur.

© “İnterfaks-Azərbaycan”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər