“Azərbaycan İnvestisiya Şirkəti” ASC ölkənin aparıcı sement istehsalçısı olan “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının tərkibindən çıxıb. Azərbaycan hökumətinin payı ötən il, noyabrın 18-də İsveçrədəki tərəfdaşına (“Holcim Auslandbeteiligungs Gmbh”) satılıb.
Xatırladaq ki, “Holcim Azerbaijan”da “Azərbaycan İnvestisiya Şirkəti”nə pay verilməsi ilə bağlı tərəflər arasında memorandum 2007-ci ilin dekabr ayında imzalanmışdı. Memorandumun məqsədi zavodun istehsalı gücünü artırmaq – illik sement istehsalını 1,3 milyon tondan 1,7 milyon tona, illik klinker istehsalını isə 0,8 milyon tondan 1,2 milyon tona çatdırmaq idi.
“Hazırda layihə uğurla realizə olunur və memarandumun çərtlərinə uyğun olaraq “Azərbaycan İnvestisiya Şirkəti” payını satıb” – deyə hökumətdən bildirilib.
“Holcim Azerbaijan” ASC-nin səhmlərinin 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 14%-i isə digər şəxslərə məxsusdur. İsveçrə şirkəti isə hazırda Azərbaycandakı törəməsində 76% paya malikdir.
©İnterfaks-Azərbaycan