7 C
Baku
Thursday, December 12, 2024

AİF-in Müşahidə Şurasının növbəti iclası keçirilib

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

 AİF xəbər verir ki, iclasda ipoteka kreditlərinin verilməsinin mövcud vəziyyəti, habelə kredit şərtləri və digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilib. Bundan başqa, iclasda Cəmiyyətin 2017-ci il üçün büdcəsinə dəyişikliklər və ipoteka krediti hesabına alınan yaşayış sahəsinin 1 kv. metri üçün yeni orta bazar qiymətləri təsdiq olunub.

Qeyd edək ki, AİF-in Nizamnaməsinə uyğun olaraq MŞ İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən olmaqla 5 üzvdən ibarətdir. MŞ üzvlərini həmin qurumların təklifi əsasında Nazirlər Kabineti vəzifəyə təyin və vəzifədən azad edir. Onlar 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir, ardıcıl qaydada MŞ-da sədrlik edirlər. Sədrin səlahiyyət müddəti üç aydır.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır./REPORT

Son xəbərlər
Digər xəbərlər