“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil qiymətləndiricilərinin sayı artırılaraq 2-dən 7-yə çatdırılıb. Bu barədə mənbə AİF-ə istinadən xəbər verir.
Məlumata görə, bundan sonra Fondun müvəkkil bankları ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini “Biləndər” firması və “MBA Ltd.” MMC ilə yanaşı, “İntegris”, “VETO-Consulting”, “AzİntellekServis”, “ERA Ltd.” və “Property” MMC-lərə də həvalə edə bilərlər.
AİF-in müvəkkil banklarının və sığorta şirkətlərinin sayı isə dəyişməyib. Hazırda 19 bank dövlət xətti ilə ipoteka krediti verir. Borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakını 15 şirkət sığortalayır.