Mayın 4-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin (AİF) AZ2015008686 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir. Bu barədə Banker.az-a BFB-dan bildirlir.
İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si | AZ2015008686 |
Hərraca çıxarılan həcm (nominal qiymətlə) | 10 000 000 AZN |
Bir istiqrazların nominal qiyməti | 1000 АZN |
İstiqrazların tədavül müddəti | 7560 gün |
İstiqrazlar üzrə gəlirlilik | 3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1002.33 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.