21 C
Baku
Thursday, April 25, 2024

Ailə biznesi haqqında maraqlı faktlar

Ailə biznesini davam etdirmək çox əsrlik ənənədir. Statistikaya görə, Avropa, Amerika və Yaxın Şərqin demək olar ki, 60 faiz əhalisi öz əcdadlarının yolu ilə getmiş və ailə biznesini inkişaf etdirməyə davam edirlər. Bu biznes də daha sonradan onların uşaqlarına keçir.

Son zamanlar aparılan geniş tədqiqatlara görə alimlər belə müəyyən etmişlər ki, çox da inkişaf etməmiş ölkələrin sakinləri öz övladlarının ailə biznesini davam etdirməmələrinə normal münasibət bəsləyirlər. Bunun əksinə isə inkişaf etmiş ölkələrin sakinləri buna qətiyyən razı deyillər.

Belə tədqiqatlar Hindistanda da aparılmışdır. Bu tədqiqatlar isə sübut etmişdir ki, əhalinin demək olar ki, 82 faizi övladlarının ailə biznesini davam etdirməyə məcbur olduğunu hesab edir. Məhz eyni cür göstəricilər Yaxın Şərq və Amerikada da qeydə alınmışdır.

Bununla yanaşı, alimlərin apardığı digər bir araşdırmaya görə ailə biznesi ailədə yaranan mübahisələrin elə ilk səbəbidir. Məsələn, Sinqapurda əhalinin demək olar ki, 53 faizi maliyyə ilə bağlı mübahisələrə görə ailə münaqişələri yaşayırlar.

Həmçinin belə bir nəticəyə gəlinmişdir ki, ailənin maliyyə kapitalı nə qədər çox olarsa, burada bu mövzuda bir o qədər çox mübahisələr yaranır.

Hazırda günümüzdə ailə biznesi ilə məşğul olan ən varlı ailə ABŞ-dan olan Uolton ailəsidir. Ailə

«Wal-Mart Stores» supermarketlər şəbəkəsinə sahibdir ki, bu şəbəkənin də tərkibinə 4440 supermarket daxildir. Ailə biznesi 1962-ci ildə qurulub və bu gün ki günümüzdə onlara 217,8 milyard dollar qazandırır.

Almaniyadakı bütün müəssisələrin demək olar ki, 85 faizi ailə şirkətləri və təşkilatlarıdır. Bu şirkətlərdən ən böyüyü qəhvə satışı ilə məşğul olan “Dalmayr” şirkətidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər