Bu ilin I rübündə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” avirşirkətinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5% və yaxud 102 mln. ABŞ dolları çox olub.
Bu barədə şirkətin rəhbəri Şeyx Abdullah bildirib.
O, bunu aviadaşıyıcının aşağı büdcəli törəməsi “Sharjah”ın xidmətlərinə tələbatın artması və onun gəlirlərini 5% artırması ilə izah edib.
“Bloomberg” agentliyinin analitikləri isə bildiriblər ki, “Al Arabia”ın gəlirləri illik müqayisədə 8% artaraq 887,3 mln. dollara çatıb.