“Airbus” Rusiya titanından imtina edir

Avropanın təyyarə istehsalçısı “Airbus” bir neçə ay ərzinə Rusiyadan titan tədarük etməkdən imtina edəcəyini gözləyir. “Biz titan məsələsində Rusiyadan ayrılma prosesindəyik. Bu, illər yox, aylar çəkə bilər”, – mesajda bildirilir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, Rusiya təyyarə mühərriklərində və eniş qurğularında istifadə olunan titanın ən böyük istehsalçısıdır. Amerikanın təyyarə istehsalı korporasiyası “Boeing” hələ martın 7-sində Rusiyadan titan alışını dayandırdığını elan edib.

“Boeing” və “Airbus”dan başqa “Embraer”, “Rolls-Royce”, “Collins Aerospace Systems”, “Uniti Titanium”, “Zimmer” və digər böyük şirkətlər Rusiyadan titan alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər