21 C
Baku
Thursday, April 25, 2024

“Airbus” şirkətinin Çində innovasiya mərkəzi fəaliyyətə başlayıb

Çinin Şencen şəhərində “Airbus” korporasiyasının innovasiya mərkəzi fəaliyyətə başlayıb. Bu, şirkətin Asiyada birinci, dünyada isə ikinci belə mərkəzidir.

Mərkəz aviasiya nəhənginin gələcək innovativ planlarının həyata keçirilməsinə xidmət edəcək. İnnovasiya mərkəzi aviasiyanın müxtəlif istiqamətləri üzrə yeni texnologiyaların dizaynı, sınağı və sertifikatlaşdırılması ilə məşğul olacaq.

Qeyd edək ki, Şencen Çində iqtisadi islahatların başlandığı məkan olmaqla yanaşı, hazırda ölkənin texnoloji tədqiqatlar üzrə qabaqcıl şəhəri sayılır.

Hazırda Çin mülki aviasiya şirkətlərinin parkında “Airbus” modeli olan təxminən 1700-ə yaxın təyyarə var. “Airbus”ın istehsalı olan təyyarələrin təxminən 20 faizi Çin bazarında satılır. Bundan başqa, aviasiya şirkətinin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti “Airbus” təyyarələrinin Avropadan kənarda yığıldığı yeganə yerdir.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər