15 C
Baku
Friday, March 29, 2024

AK kriptovalyutalara nəzarətin yeni metodlarının hazırlanmasına başlayıb

Avropa Komissiyası (AK) tətbiqi yeni imkanlar yaradan, lakin maliyyə sabitliyi üçün risk daşıyan kriptovalyutaların monitorinqi və onlara nəzarətin yeni metodların hazırlanmasına başlayıb.

Report agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin avro və sosial dialoq məsələləri üzrə müavini Valdis Dombrovskis cümə günü Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

“AK hazırda bu valyutaların Avropa İttifaqının mövcud tənzimləmə sisteminə nə dərəcədə uyğun olduğunu, Aİ-nin yeni xüsusi tənzimləmə tədbirlərinə ehtiyac duyub-dumadığını araşdırır. Məsələn, “Libra” elektron valyutasından danışırıqsa, bu valyutanın necə işləyəcəyini daha yaxşı başa düşmək üçün “Facebook”a xüsusi sorğular göndərmişik”, – o deyib.

V.Dombrovskis həmçnin qeyd edib ki, “Libra” kriptovalyutası layihəsi banklar və maliyyə qurumlarına transsərhəd tranzaksiyalarının dəyərini və vaxtını azaltmaq zərurəti barədə xatırlatmadır.

Qeyd edək ki, Avroqrupun Helsinkidə keçirilən qeyri-rəsmi görüşündən əvvəl Fransanın Maliyyə naziri Bruno Le Mer Aİ-nin öz dövlət rəqəmsal valyutasını yaratmağa və “Facebook”un kriptovalyutasından – “Libra”dan istifadənin qadağan olunmasını təklif edib.

Son xəbərlər
Digər xəbərlər