Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) lizinq portfelinin yığımı, eləcə də digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və məhkəmə – hüquq xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Azerlex Group” MMC-dir.
Qalib şirkətə 294 min manat ödəniləcək.