9 C
Baku
Friday, December 13, 2024

“Akkord”a yaxın 6.1 mln. manatlıq şirkət yaradılıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə yaxın olan yeni əmlak şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, “AA Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506199701) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 7 dekabr 2022 tarixində dövlət qeydiyyatına alınıb.

“AA Əmlak” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla ev.224-dür. Bu ünvanda biznes mərkəzi “Akkord Plaza” yerləşir.

Nizamnamə kapitalı 6 100 000 manat olan şirkətin qanuni təmsilçisi Salehov Nahid Vahid oğludur.

Son xəbərlər
Digər xəbərlər