2 C
Baku
Saturday, December 14, 2024

“Akkord”un Müşahidə Şurası və İdarə Heyətində dəyişiklər – TƏYİNAT

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklər baş verib.

Bu barədə Banker.az məlumatı şirkətə yaxın mənbədən əldə edib.

Belə ki, şirkətin səhmdarlarının qərarı ilə Müşahidə Şurasının sədri Dərya Vəliyev (hansı ki, burada səhmdardır) vəzisindən azad edilib, üzv kimi seçilib.

Müşahidə Şurasının sədri kimi isə baş icraçı direktor olmuş Vüqar Süleymanov təyin edilib. V.Süleymanov 1 dekabr 2020-ci il tarixindən etibarən “Akkord”un Baş Direktoru idi.

Müşahidə Şurasında üzv kimi yer alan Tofiq İsayev vəzifəsindən azad edilib.

Anar Məmmədov isə “Akkord”un baş icraçı direktoru təyin edildiyi bildirilir.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 8.33 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Son xəbərlər
Digər xəbərlər