3 C
Baku
Saturday, December 14, 2024

“Akkord”un Müşahidə Şurasından elan

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının ümumi yığıncağı keçirləcək.

Bu barədə Banker.az “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının məlumatına istinad edir.

30 iyun 2022-ci il saat 11.00-da AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəliyə ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi; cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxil edilib.

Xatırladaq ki, “Akkord” 2006-ci ildə yaradılıb və 83 259 750 manat nizamnamə kapitalı var.

 

Son xəbərlər
Digər xəbərlər