Akkreditiv – təhlükəsiz hesablaşmaların bir növüdür. Bu zaman mülkiyyətin alıcının ixtiyarına keçdiyi haqqında sənəd təqdim edildikdə bank pul vəsaitlərinin satıcıya verilməsini təmin edir.
Biz sizə hesablamaların akkreditiv növündən yararlandıqda mülkiyyətin alış-verişininin təhlükəsizliyini təmin etmək üçün milli valyutadan istifadə etməyi məsləhət görürük.
Bankda akkreditivlər:
1) Akkreditivin tərtib olunması üçün satıcı və alıcı eyni anda banka müraciət edirlər;
2) Bankda xüsusi hesab açılır;
3) Alıcı bank hesabına müqavilədə göstərilmiş sazişin məbləğini köçürür;
4) Daşınmaz əmlakın qeydiyyatdan keçmə prosessi getdiyində pullar xüsusi hesabda yerləşirlər;
5) Mülkiyyət hüququ alıcıya keçdikdən sonra, alıcı banka bu faktı təsdiq edən sənədi təqdim edir və yalnız bundan sonra bank pulları xüsusi hesabdan alıcının hesabına köçürür;
6) Əgər müqavilədə qeyd olunmuş müddətdə lazım olan sənədlər təqdim olunmasa, bank pulları alıcıya qaytarır.
Akkreditləşmə hesablamaların üstün cəhətləri:
- Alıcının pul vəsaitlərinin batma riski yoxdur;
- Satıcıya satılan mülkiyyətin qiymətini ödəməyə zəmanət verilir;
- Ödənişlərin qeyri-nağd şəkildə olması saziş üzrə hesabların təhlükəsizliyini təmin edir, hesabların qanuni olması isə dövlətdən vergi imtiyazları almaq üçün əhəmiyyətlidir.