12 C
Baku
Wednesday, December 11, 2024

Aksiz bəyannaməsinə dəyişikliklər edilib

Vergilər nazirinin əmri ilə aksiz bəyannaməsinin tərtib olunması qaydası təsdiq edilib. Bəyannamə verməli olan şəxslər aksizləri aylıq olaraq hesablamalı və bəyannaməni ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər. Vergi ödəyicilərinə bəyannamədə hesabat dövründəki və dövriyyə üzrə əvəzləşdirilən aksizləri hesablamaq kimi məsələləri nəzərə almaları tövsiyə olunur.

Banker.az nazirliyə istinadla yazır ki, bəyannamədə vergi ödəyicisinə vergi orqanı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi barədə bildirişlə əlaqədar məsələlər də nəzərə alınmalıdır. Həmin tələblə bağlı bildirişin nömrəsi yazılmadıqda və ya səhv yazıldıqda bəyannamə bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə hesab edilmir.

Son xəbərlər
Digər xəbərlər