6 C
Baku
Sunday, December 15, 2024

Aksiz markası ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:

– 43.1-ci maddəyə “479 – 481” rəqəmlərindən əvvəl “477-2.2,” rəqəmləri əlavə edilib;

– aşağıdakı məzmunda 449-1-ci maddə əlavə edilib:

“Maddə 449-1. Aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması və nağd qaydada alınması

Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədləri üçün nağd qaydada alınması az miqdarda törədildikdə –

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdar” dedikdə beş yüz manatadək olan məbləğ başa düşülür.”;

1.3. aşağıdakı məzmunda 477-2-ci maddə əlavə edilsin:

“Maddə 477-2. Dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulması

477-2.1. Sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni:

477-2.1.1. üzrlü səbəblər olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta etdirməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə;

477-2.1.2. hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə –

vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilir.

477-2.2. Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə –

vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.”.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər