Azərbaycanda dövlət büdcəsində aksiz vergilərin həcmi ilin ilk 6 ayı ərzində 420.2 mln. manat olub. Bu öncəki illə müqayisədə 0.5% azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Lakin, iyun ayında aksiz vergidən yığım daha kəskin azalmaqla ilin ən pis “performansını” göstərib. İyun ayı ərzində cəmi 49.69 mln. manat aksiz vergi toplanıb.