10 C
Baku
Thursday, December 12, 2024

Aksiz vergisindən azad edilən müəyyən həcmdə və sayda məhsulların siyahısı genişləndirilib

Bu gündən aksiz vergisindən azad edilən məhsulların siyahısı genişləndirilib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bu siyahıya 2 litr energetik içki, 20 ədəd siqarilla (nazik siqarlar) və 10 ədəd siqar, 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri, 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, 100 qram çəkilməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, 50 millilitr elektron siqaretlər üçün maya daxil edilir.

Qeyd edək ki, hazırda fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksizdən azaddır.

Digər dəyişiklik odur ki, aksizli mallar Azərbaycan ərazisində istehsal və ya ölkəyə idxal edildikdə aksizlər həmin mallar üçün məcburi nişanın alındığı vaxt ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər