12 C
Baku
Wednesday, December 11, 2024

Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması qaydalarındakı dəyişiklik

Bank sektorunda kontr-tsiklik prudensial tənzimləmə yanaşması çərçivəsində makroiqtisadi risklərin sektora təsirinin neytrallaşdırılması, eyni zamanda maliyyə sabitliyinin dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.3-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə əsasən

Q Ə R A R A   A L I R: 

  1. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
  2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.2. Nəzarət altında olan aktivlər – 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1%;”;

2. 6.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“6.3. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilir:

6.3.1. müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda;

6.3.2. istehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda.”.

Son xəbərlər
Digər xəbərlər