Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxsləri avqustun 17-i, saat 10:00-da qurumun binasında keçiriləcək attestasiyaya dəvət edib. Palatadan verilən məlumata görə, attestasiya “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən baş tutacaq.
Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Əlaqələndirici şəxs Nuriyə Ələkbərovadır.
Namizədlərin siyahısı aşağıdakı kimidir:
– Cəlil Nizami oğlu Hüseynov;
– Tamella Rəfail qızı Əhmədova;
– Nəsir Asif oğlu Vəliyev;
– Afət Oqtay qızı Həsənova;
– Nicat Adil oğlu Səfərov;
– Dilarə Rüfət qızı Əsədova;
– Hikmət Fazil oğlu Əliyev;
– Aidə Fəxrəddin qızı Abdurrəhmanova;
– Elvin Elmdar Abdullayev;
– Əli Hüseyn oğlu Babayev;
– Ülvi Zahir oğlu Yusifov;
– Orxan Məmmədağa oğlu Məmmədli;
– Aqil Rauf oğlu Zeynallı;
– Anar Bahadır oğlu İslamov;
– Rəşad Musa oğlu Musayev.
Report