10 C
Baku
Friday, December 13, 2024

Albaniya Azərbaycanda səfirlik açacaq

Albaniya Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.

Müvafiq qərar Albaniyanın Nazirlər Şurası tərəfindən ölkənin xarici işlər nazirinin təklifi əsasında qəbul edilib.

Diplomatik nümayəndəlik Bakıda yerləşəcək.

Səfirliyin açılması xərcləri Albaniya XİN-in 2023-cü il büdcəsi hesabına qarşılanacaq. Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin təsis edilməsi” haqqında qanun imzalayıb.

Son xəbərlər
Digər xəbərlər