15 C
Baku
Monday, May 6, 2024

Albert Eynşteynin iddiası

Albert Eynşteyn belə iddia edirdi ki, insanlar öz beyin imkanlarının yalnızca 10%-dən istifadə edir. Bu əfsanənin başlanğıcını 1890-cı illərdə psixoloq Uilyam Ceyms qoymuşdur.

Onun gəldiyi nəticəyə əsasən beynimizin heç də bütün hissələri daimi aktivlik nümayiş etdirmir.

Lakin Ceymsin dövründə heç kəs beyinin müxtəlif hissələrinin müxtəlif funksiyalarının olduğunu bilmirdi. İndi, bunu bildiyimiz bir dövrdə aydın olur ki, müxtəlif tapşırıqların yerinə yetirilməsi zamanı biz beyinin müxtəlif hissələrindən istifadə edirik.

İnsan beyni orqanizmin enerjisinin 20%-dən istifadə edir, uşaqlarda isə bu göstərici 50-60%-dir. Bu səbəbdən də istifadə etmədiyimiz hər hansı ehtiyatlarımızın olduğunu düşünmək ağılsızlıqdır. Beləliklə, biz beynimizin tam olaraq 100%-dən istifadə edirik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər