Müştəri bazasının son zamanlar artmasını nəzərə alaraq, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq yaxın günlərdə “Alfa Sığorta” şirkətinin Y.V.Çəmənzəminli küçəsi, 931-ci kvartalda yerləşən yeni ofisi müştərilərin istifadəsinə verilmişdir.
Yeni ofisdə müştərilərə bütün sığorta növləri üzrə xidmət göstərilməsi, sığorta məhsullarının satışı və məsləhətlərin verilməsi üçün əlverişli şərait yaradılmışdır.