16 C
Baku
Monday, October 21, 2024

“Alfa Sığorta”nın lisenziyası bərpa edildi

Müxtəlif istiqamətlərdə sığorta növü üzrə yüksək səviyyədə xidmətlər göstərən “Alfa Sığorta” ASC-nin 18 yanvar tarixdən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə fəaliyyət göstərmək üçün lisenziyası bərpa edilərək, fiziki və hüquqi şəxslərə bu sığorta növü üzrə xidmət göstərmək hüququ verilib.

Yeni iqtisadi şəraitdə “Alfa Sığorta”nın məqsədi sığorta mədəniyyətinin inkişaf etdirilməsi və sığorta xidmətinin yüksək peşəkarlıq göstərərək müştərilərin şəxsi və əmlak mənafelərini qorumaqdır.

100% təsisçisi “Texnikabank” ASC olan “Alfa Sığorta” 1997-ci ildən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında 33 könüllü və 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər