13 C
Baku
Saturday, May 18, 2024

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına və Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir.

Sessiyanın plenar iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunacaq, həmçinin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər