6 C
Baku
Saturday, December 14, 2024

“Alibaba” mayninq avadanlığının satışını dayandırır

Oktyabrın 8-dən etibarən Çinin elektron ticarət nəhəngi “Alibaba” kriptovalyuta mayninqi avadanlığının satışını dayandıracaq.

Banker.az xəbər verir ki, şirkət bu qərarı “virtual valyutalarla əlaqəli qeyri-sabit qanun və qaydalar” səbəbindən verdiyini açıqlayıb. Qadağa aşağıdakılara təsir edəcək:

– kriptovalyuta mayninqi üçün avadanlıq;

– kriptovalyuta mayninqi üçün təlim materialları.

Xatırladaq ki, bundan əvvəl Çinin Daxili Monqolustan əyalətinin səlahiyyətliləri kriptovalyuta mayninqi üçün nəzərdə tutulmuş 10 mindən çox cihazı müsadirə ediblər. Hazırda regionda rəqəmsal aktivlərin mayninqi ilə əlaqəli 45 sayt bağlanıb.

May ayının sonuna ÇXR-in Dövlət Şurasının Baş nazirinin müavini Liu He mayninq və kriptovalyuta ticarəti üzərində daha sərt tənzimləmə qurmaq niyyətində olduğunu açıqlamışdı.

Keçən həftə Çin Xalq Bankı bütün kriptovalyuta əməliyyatlarını qanunsuz elan edib. Kriptovalyuta birjalarının ölkə sakinlərinə göstərdiyi xidmətlərin də qanun xaricində olduğu ortaya çıxıb.

Son xəbərlər
Digər xəbərlər