Çinin “Alibaba Group Holding Ltd” şirkəti rəqəmsal ticarət üzrə 2 qrupun yaradılması barədə məlumat yayıb. Bu qruplardan biri dünya üzrə əməliyyatlar, digəri ölkədaxili əməliyyatlar üçün nəzərdə tutulub.
Şirkət həmçinin kadr yerdəyişmələri barədə məlumat açıqlayıb. Güman olunur ki, bu struktur dəyişiklikləri hökumətin güclənən təsiri və nəzarəti şəraitində “Alibaba” şirkətinə kömək olmalıdır.
Belə ki, aprelin 1-dən etibarən Meqqi Vunu şirkətin maliyyə direktoru vəzifəsində Tobi Xu əvəz edəcək.
Qeyd edək ki, Honkonq birjasında şirkətin səhmləri 8%-dən çox ucuzalaşıb.